"Yuventus" heyətini 19 yaşlı müdafiəçi ilə gücləndirdi
01.02.2024 - 17:34
"Yuventus" heyətini 19 yaşlı müdafiəçi ilə gücləndirdi

"Yuventus" gənc müdafiəçini heyətinə qatıb.

Apasport.az xəbər verir ki, Turin klubu "Palmeyras"dan Pedro Felipeni icarəyə götürüb.

Razılaşmaya əsasən braziliyalı futbolçu iyun ayına qədər “qoca sinyora”nın uğurları üçün çalışacaq. Komandanın mətbuat xidmətinin yaydığı açıqlamada 19 yaşlı arxa xətt oyunçusunun əvəzedici komandada çıxış edəcəyi vurğulanıb.

Qeyd edək ki, “Yuventus”da məşqçilər futbolçunun oyunundan razı qalarsa, Felipe birdəfəlik komandaya transfer ediləcək.

0