[b]“Yuventus” İquaini icarəyə verdi[/b]
28.07.2018 - 10:08
[b]“Yuventus” İquaini icarəyə verdi[/b]

“Yuventus”un hücumçusu Qonsalo İquain karyerasını böyük ehtimalla “Milan”da davam etdirəcək. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, klublar arasında danışıqlar artıq yekunlaşıb.

 

Razılığa görə, 30 yaşlı forvard qarşıdakı mövsümü icarə əsasında “rossonyerlər”də keçirəcək. Bunun qarşılığında turinlilər 15 milyon avro qazanacaqlar. “Milan” həmçinin gələn yay Argentina millisinin üzvünü birdəfəlik transfer etmək hüququna malik olacaq.

 

İndi qalır futbolçunun özü ilə bu məsələni razılaşdırmaq. “Yuve”də illik məvacibi 7,5 milyon avro olan İquain bundan aşağı maaşa razılıq vermək fikrində deyil. Oyunçu bu məqsədlə yaxın günlərdə İtaliyaya yollanacaq. Keçidin gələn həftə rəsmiləşməsi gözlənilir.

 

Qeyd edək ki, “Yuventus” Qonsalo İquaini 2016-cı ildə 90 milyon avro müqabilində “Napoli”dən transfer etmişdi.

0