"Yuventus" İtaliya millisinin futbolçusunu transfer edəcək
05.04.2024 - 10:34
"Yuventus" İtaliya millisinin futbolçusunu transfer edəcək

"Cenoa"nın hücumçusu Mateo Reteqi "Yuventus"a keçə bilər.

Apasport.az "Tuttosport"a istinadla xəbər verir ki, "Yuventus" artıq Reteqini transfer etmək üzərində işləyir.

“Qoca sinyora” forvardı Duşan Vlahoviçin ehtiyat oyunçusu hesab edir.

Mateo Reteqi bu mövsüm "Cenoa"nın heyətində 25 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 16 milyon avro olaraq qiymətləndirir.

 

0