"Yuventus" Kosovo millisinin üzvünü transfer edib
02.09.2025 - 12:12

"Yuventus" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Turin təmsilçisi "Lill"dən Edon Jeqrovanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 26 yaşlı vingerlə 2030-cu ilə qədər nəzərdə tutlan müqavilə imzalanıb. "Yuventus" bu keçid üçün Fransa təmsilçisinə 15,5 milyon avro ödəyib.
Qeyd edək ki, Kosovo millisinin üzvü olan Edon ötən mövsüm "Lill"in heyətində meydana çıxdığı 21 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0