[b]“Yuventus” “Mançester Yunayted”in futbolçusunu istəyir[/b]
28.06.2018 - 10:55
[b]“Yuventus” “Mançester Yunayted”in futbolçusunu istəyir[/b]

“Mançester Yunayted”in hücumçusu Antoni Marsyal karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytının “Tuttosport”a istinadən məlumatına görə, “Yuventus” onun xidmətində maraqlıdı.

 

Buna rəğmən, “Yuventus” Marsyala görə transfer haqqı ödəmək niyyətində deyil. “Qoca sinyora” 22 yaşlı oyunçunu azad agent statusunda heyətinə qatmaq istəyir.

 

Bir həftə öncə İtaliya çempionu Əmrə Canı eyni formada transfer etmişdi.

 

Qeyd edək ki, “Tottenhem” də Antoni Marsyalla yaxından maraqlanır.