“Yuventus” onu alır
28.09.2022 - 23:31
“Yuventus” onu alır

“Yuventus” Arkadiuş Miliki transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi “Marsel”dən icarəyə götürdüyü hücumçunun transfer hüququna sahib olmaq istəyir.

Turin təmsilçisi bunun üçün 7 milyon avro ödəmək fikrindədir. Bonuslar kimi daha 2 milyon nəzərdə tutulub.

Qeyd edək ki, polşalı forvard cari mövsümün 4 matçında 2 qol vurub.

0