“Yuventus”a 15 milyonluq şərt
06.08.2022 - 23:21
“Yuventus”a 15 milyonluq şərt

“Ayntraxt” futbolçusu Filip Kostiçi “Yuventus”a satmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, Almaniya klubunun bunun üçün qarşı tərəfdən şərti var.

Bundesliqa klubu serbiyalı hücumçunun transferi üçün italyanlardan 15 milyon avro istəyib. 30 yaşlı ön xətt oyunçusu özü “Yuventus”la şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Hazırda klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Filip Kostiç 2018-ci ildə “Ayntraxt”da çıxış edir.

0