“Yuventus”a 15 milyonluq tələb
05.07.2022 - 00:29
“Yuventus”a 15 milyonluq tələb

“Bolonya”nın hücumçusu Marko Arnautoviç İtaliyada komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı forvard “Yuventus”un əsas transfer hədəflərindən biridir.

“Qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqri Avstriya millisinin üzvünün alınmasında israrlıdır. “Bolonya” da aparıcı oyunçusunu satmağa hazırdır. Ancaq klub bu transferdən 15 milyon avroluq gəlir götürməyi hədəfləyir. Yəni “Yuventus” bu məbləği ödəməyə razılıq versə, keçid reallaşacaq.

Qeyd edək ki, Marko Arnautoviç ötən mövsüm bütün turnirlərdə 34 oyuna çıxıb, 15 qol, 1 assistlə yadda qalıb. Onun “Bolonya” ilə müqaviləsi 2024-cü ilə qədərdir.
 

0