"Yuventus"da ciddi itki
04.03.2025 - 14:39
"Yuventus"da ciddi itki

İtaliya A Seriyası komandalarından “Yuventus” ciddi itki ilə üzləşib .

Apasport.az xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Fransisko Konseysao sıradan çıxıb.

Fransisko Konseysao zədədən nə zaman qayıdacaq?

22 yaşlı cinah oyunçusu 10 gün yaşıl meydanlardan uzaq qalacaq.

Yuventus Fransisko Konseysao üçün "Portu"ya nə qədər ödəyib?

Xatırladaq ki, "Yuventus" futbolçunu ötən il "Portu"dan 7 milyon avro qarşılığında icarəyə götürüb.

Qeyd edək ki, Konseysau bu mövsüm "qoca sinyora"nın heyətində çıxış etdiyi 29 oyunda 5 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.