"Yuventus"da eniş davam edir
20.04.2024 - 10:45
"Yuventus"da eniş davam edir

Çempionluq yarışından uzaqlaşan "Yuventus" üçün eniş davam edir.

Apasport.az xəbər verir ki, İtaliya A Seriyasının 33-cü həftəsində 14-cü pillədə qərarlaşan “Kalyari”nin qonağı olan "Yuventus" xallaarı rəqibi ilə bölüşüb - 2:2. 

Meydan sahibləri ilk hissəni 30-cu dəqiqədə Qaetano və 36-cı dəqiqədə Yerri Minanın penaltidən vurduğu qollarla 2:0 öndə tamamlayıblar. "Yuventus"dan Duşan Vlahoviç 62-ci dəqiqədə fərqi 1-ə endirib. 87-ci dəqiqədə "Kalyari "nin futbolçusu Dossena avtoqolla hesabı 2:2 edib.

İtaliya nəhəngi "Yuventus" liqada son 7 matçda 1 qələbə qazana bilib. “Ağ-qaralar” bu görüşlərdə 3 heç-heçə və 3 məğlubiyyət yaşayıb.

Qeyd edək ki, “Yuventus” 64 xalla 3-cü pillədə qərarlaşıb. “Kalyari” isə 32 xalla 14-cı sıradadır. 

 

0