[b]“Yuventus”da iki yeni müqavilə[/b]
29.06.2018 - 19:35
[b]“Yuventus”da iki yeni müqavilə[/b]

Yeni mövsümə hazırlaşan komandalar heyətlərini komplektləşdirmək yönündə işlər görürlər. Apasport.az saytının məlumatına görə, artıq iki yeni oyunçunu heyətinə qatan “Yuventus” daha 2 aparıcı futbolçusu ilə də yeni müqavilə imzalayıb.

Klubdan verilən rəsmi açıqlamada bildirilib ki, Turin təmsilçisi əsas müdafiəçiləri Andrea Barzali və Corcio Kyellini ilə müqavilənin müddətini artırıb.

 

Yeni anlaşmaya əsasən, Barzali 2019, Kyellini isə 2020-ci ilə kimi “Yuventus”da çıxış edəcək.


Qeyd edək ki, Andrea Barzali 37, Kyelli isə 33 yaşındadı.