Zaha ABŞ yolunda
28.12.2024 - 18:55
“Qalatasaray”ın futbolçusu Vilfred Zaha yenə komandasını dəyişə bilər.
Apasport.az xəbər verir ki, o, karyerasını ABŞ-də davam etdirməyə yaxındır.
Hücumçunun xidmətində “Şarlott” maraqlıdır. Fil Dişi Sahilindən olan oyunçu özü də buna müsbət yanaşır.
Zaha bu mövsüm həm “Qalatasaray”da, həm də icarə əsasında çıxış etdiyi “Lion”da matç keçirib. Bu səbəbdən o, cari sezon Avropada başqa kluba keçə bilməz.
Qeyd edək ki, “Qalatasaray” Vilfred Zahanı bu ilin avqust ayında “Lion”a icarəyə verib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0