2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə qatıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Aleksey İsayevlə anlaşıb.
Son mövsümü Krasnoyarsk “Yenisey”ində keçirmiş “Zenit”in futbolçusu “Sumqayıt”la 2 illik müqaviləyə imza atıb. O, yeni komandasında 23 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Yenisey”in yetirməsi olan Aleksey İsayev 2014-cü ildə Krasnoyarsk təmsilçisinin əsas heyətinə yüksəlib. 2016-cı ilə qədər “Yenisey”in şərəfini qoruyan yarımmüdafiəçi 35 oyunda 3 qola imza atıb. 2016-cı isə “Zenit”ə transfer olunan futbolçu komandanın əvəzedici heyətində 24 matçda forma geyinib. Son mövsümü isə icarə əsasında yetirməsi olduğu “Yenisey”də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 26 qarşılaşmada 3 qol vurub və komandası ilə birlikdə Rusiya Premyer Liqasına yüksəlib.