"Zirə"nin sabiq futbolçusu vəfat edib
16.04.2024 - 00:50
"Zirə"nin sabiq futbolçusu vəfat edib

Daha əvvəl futbol üzrə Azərbaycan Premyer Liqası təmsilçisi "Zirə"də oynamış Yozef Bum vəfat edib.

Apasport.az xəbər verir ki, qəsəbə klubunun sabiq müdafiəçisi həyatını itirib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Amma onun vəfat etməsinin səbəbi açıqlanmayıb.

Son klubu “Zirə” olmuş Bum bununla yanaşı, “Antalyaspor”, “Mersin İdman Yurdu” komandalarının da formasını geyinib.

0