[b]AÇ-2016-nın ulduzu haqda ŞOK iddia: O, “lipa”dı[/b]
07.07.2016 - 17:07
[b]AÇ-2016-nın ulduzu haqda ŞOK iddia: O, “lipa”dı[/b]

Fransalı futbol mütəxəssisi Gi Ru maraqlı iddia ilə çıxış edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 77 yaşlı məşqçi Portuqaliya yığmasının yarımmüdafiəçisi Renato Sançes haqda ittiham irəli sürüb.

 

“Oser” və “Lans” klublarının sabiq çalışdırıcısı Rumıniya televiziyasının qonağı olarkən Sançesin yaşının kiçildildiyini bildirib: “Sançes 18 yaşda olduğunu deyir. Amma məncə, onun keçmişinə baxmaq lazımdı. Düşünürəm ki, o, “lipa”dı. Anadan olduğu gün qeydiyyata alınmayıb. Məncə, onun 23-24 yaşı olmalıdı”.

 

Gi Runun bu açıqlaması “Bavariya”nın yeni transferini qəzəbləndirib. Sançes vəkillərinə lazımi sənədlərin toplanmasını və məşqçinin məhkəməyə verilməsini tapşırıb.

 

Qeyd edək ki, hazırda Fransada keçirilən Avropa çempionatında əla təsir bağışlayan Renato Sançes komandasının finala qədər irəliləməsində böyük rol oynayıb.

0