İspaniya Futbol Federasiyasının yeni prezidenti məlum oldu
26.04.2024 - 17:08
İspaniya Futbol Federasiyasının yeni prezidenti məlum oldu

İspaniya Kral Futbol Federasiyasının (RFEF) yeni prezidenti məlum olub.

Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Pedro Roça seçilib.

Assambleya üzvlərinin əksəriyyəti yeganə namizəd olan P. Roçaya səs veriblər.

Qeyd edək ki, funksioner bu postda Luis Rubialesi əvəzləyib.

0