[b]AÇ-2016: Parisdə bomba həyəcanı[/b]
10.07.2016 - 21:27
[b]AÇ-2016: Parisdə bomba həyəcanı[/b]

Bu gün Portuqaliya və Fransa arasında baş tutacaq AÇ-2016-nın final oyunundan öncə həyəcanlı anlar yaşanıb. Apasport.az saytının məlumatına görə, Parisdə, Fransa millisinin qaldığı otelin qarşısında tapılan çanta, gərginliyə səbəb olub.

 

Polis çantada bomba olduğundan şübhələnib. Bundan sonra çantanın olduğu ərazidəki insanlar burdan uzaqlaşdırılıb və bomba zərərsizləşdirmə qrupu çağırılıb.

 

Mütəxəssislərin xüsusi üsulla partlatdığı çantada ancaq paltar olduğu müəyyənləşib.

0