[b]Daha bir idmançımız dopinqdə “ilişdi”[/b]
27.06.2018 - 11:59
[b]Daha bir idmançımız dopinqdə “ilişdi”[/b]

Azərbaycan millisinin daha bir ağırlıqqaldıranı dopinqdə “ilişib”. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası yayıb.

 

Bildirilir ki, azərbaycanlı ağır atlet Hüseyn İsmayılovun orqanizmində istifadəsi qadağan olunan preparat tapılıb. O, testosterondan istifadədə günahlandırılır. 19 yaşlı həmyerlimiz bu səbəbdən də müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb. Lakin İsmayılovun təkrar analizi müsbət nəticə verməzsə, Hüseyn yenidən körpücük üzərinə qayıdacaq. Yəni təmsilçimizin antidopinq qaydalarını pozub-pozmaması ilə bağlı hələlik yekun qərar verilməyib.

 

Qeyd edək ki, İsmayılov ötən il oktyabrın 5-22-də Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər gənclər arasında Avropa çempionatında 94 kq çəki dərəcəsində 3-cü olub. O, həmçinin Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən 2017-ci ilin ən yaxşı idmançıları siyahısında yer alıb.

 

 

0