Polisi dişləyən qadın cəzalandırıldı
02.12.2008 - 19:06
Polisi dişləyən qadın cəzalandırıldı
Polisi dişləyən atletika üzrə ikiqat dünya çempionu 5 min avro cərimələnib. Apasport.az saytının məlumatına görə, Fransa məhkəməsi 34 yaşlı tanınmış xanım idmançı Yunis Barberə pul cəzası kəsib.

Hadisə 2006-cı ilin martında saxlanılıb. Həmin vaxt yol hərəkəti qaydasını pozan Barber onu saxlayan polis zabitini dişləmişdi. Dünya çempionunu yalnız 6 asayiş keşikçisinin müdaxiləsi nəticəsində bölməyə aparmaq mümkün olmuşdu. Yunis 28 saat saxlanıldıqdan sonra azadlığa buraxılmışdı. Bu olayın istintaqı 2 ildən çox davam edib. Məhkəmə işi bu günlərdə yekunlaşdıraraq, dünya çempionunu 5 min avro cərimələyib. Polisi dişləməkdə özünü haqlı sayan Barber məhkəmənin qərarından narazı qalıb. Əslən Syerra-Leonedən olan atlet polislərin davranışında irqçiliyin olduğunu düşünür.

Qeyd edək ki, Yunis 1999-cu ildə yeddinövçülük, 2003-cü ildə isə uzunluğa tullanma yarışında dünya çempionu olub. Dörd dəfə yay olimpiya oyunlarına qatılan atlet 1992-ci və 1996-cı illərdə Syerra-Leone, 2000-ci və 2004-cü illərdə isə Fransanı təmsil edib.
0