[b]DÇ-2018: İran və Uruqvaydan qələbə, İspaniya - Portuqaliya matçında qalib olmadı - YENİLƏNİB[/b]
15.06.2018 - 23:53
[b]DÇ-2018: İran və Uruqvaydan qələbə, İspaniya - Portuqaliya matçında qalib olmadı - YENİLƏNİB[/b]

Bu gün dünya çempionatında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, azarkeşlər bu dəfə 3 qarşılaşmaya şahidlik ediblər.

 

İlk olaraq meydana Misirlə Uruqvay çıxıb. A qrupunda növbəti mərhələyə namizədlər arasında göstərilən komandaların mübarizəsində azarkeşlər tək qola şahidlik ediblər. Birincilərin lideri Məhəmməd Salahın meydana çıxmadığı oyunda 90-cı dəqiqədə Ximenezin vurduğu qol Uruqvaya 3 xal qazandırıb.

 

Ardından B qrupunda mübarizəyə start verilib. Əvvəlcə qrupun autsayderləri Mərakeşlə İran münasibətlərinə aydınlıq gətirib. Sürpriz etmək iddiasında olan komandalar ilk matça mütləq qələbə əzmi ilə çıxmışdılar. Günün ilk matçında olduğu kimi bu oyunun da taleyini bir qol həll edib. Mərakeşli müdafiəçi Aziz Buhadduz oyuna əlvə edilmiş 4-cü dəqiqədə avtoqolla komandasının məğlubiyyətinə səbəb olub. 

 

Günün son qarşılaşması, bəlkə də, qrup mərhələsində ilk turun ən çox maraq doğuran matçı olub. Son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gəlib. Qrup liderliyinə iddialı iki komandanın oyunu bol qollu olub. Hərəyə 3 qol vuran rəqiblər hərəyə 1 xalla kifayətləniblər.

 

Portuqaliyanın heyətində Kristiano Ronaldo het-trik edərək matçın taleyini təyin edib. 

 

Dünya çempionatı

Qrup mərhələsi, I tur

15 iyun

B qrupu

 

Portuqaliya – İspaniya - 3:3

Qollar: Ronaldo, 4 (pen.), 45, 88 - Dieqo Kosta, 25, 55, Naço, 58

 

Baş hakim: Canluka Rokki (İtaliya)

Soçi, “Fişt” stadionu

 

Portuqaliya: 1. Rui Patrisio (q), 3. Pepe, 5. Rafael Gerrero, 6. Joze Fonte, 7. Kristiano Ronaldo (k), 8. Joao Moutinyo, 11. Bernardo Silva (20. Quarejma, 69), 14. Villiam, 16. Bruno Fernandes (10. Joao Mario, 68), 17. Qonzalo Quedes, 21. Sedrik

Ehtiyat oyunçular: 12. Antoni Lopez (q), 22. Beto (q), 2. Bruno Alves, 4. Manuel Fernandes, 9. Andre Silva, 10. Joao Mario, 13. Ruben Dias, 15. Rikardo, 15. Gelson Martins, 19. Mario Rui, 20. Quarejma, 23. Adrien Silva

Baş məşqçi: Fernando Santos

 

İspaniya: 1. David de Xea (q), 3. Cerard Pike, 4. Naço Qonzales, 5. Serxio Buskets, 6. Andres İnyesta (10. Tyaqo Alkantara, 70), 8. Koke, 15. Serxio Ramos (k), 18. Xordi Alba, 19. Dieqo Kosta, 21. David Silva, 22. İsko

Ehtiyat oyunçular: 13. Kepa Arrizabalaqa (q), 23. Pepe Reyna (q), 2. Dani Karvaxal, 7. Saul Nigez, 9. Rodriqo, 10. Tyaqo Alkantara, 11. Lukas Vazgez, 12. Alvaro Odriozola, 14. Sezar Azpilikueta, 16. Naço Monreal, 17. Yaqo Aspas, 20. Marko Asensio

Baş məşqçi: Fernando Hierro

 

 

Mərakeş – İran - 0:1

Qol: Aziz Buhadduz, 90+4 (avtoqol)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Sankt-Peterburq, “Krestovski” stadionu

 

Mərakeş: 12. El Kajui (q), 2. Əşrəf Hakimi, 5. Medhi Benatia (k), 6. Romain Saiss, 7. Hakim Ziyeş, 8. Karim El Ahmadi, 9. Əyub El Kaabi (20. Buhadduz, 78), 10. Yunes Belhanda, 14. Mbark Bussufa, 16. Nordin Amrabat (21. Sofyan Amrabat, 77), 18. Amine Harit (4. Manuel Da Kosta, 82)

Ehtiyat oyunçular: 1. Yasin Bunu (q), 22. Ahmet Taqnaut (q), 3. Hamza Mendil, 4. Manuel Da Kosta, 11. Faysal Fecr, 13. Xalid Butaib, 15. Yusuf Ait Bennaser, 17. Nabil Dirar, 19. Yusef En Nesri, 20. Aziz Buhadduz, 21. Sofyan Amrabat, 23. Mehdi Karsela

Baş məşqçi: Renar Herve

 

İran: 1. Ali Beyranvand (q), 3. Ehsan Hacı Safi, 4. Ruzbeh Çeşmi, 7. Mesud Şojaei (k) (17. Mehdi Taremi, 67), 8. Murtaza Puraliqanji, 9. Omid Ebrahimi (15. Peyman Muntaziri, 79), 10. Karim Ansarifard, 11. Vahid Amiri, 18. Alirza Cahanbaxş (14. Saman Qoddos, 84), 20. Sardar Azmun, 23. Ramin Rezaeyan

Ehtiyat oyunçular: 12. Raşid Mazahiri (q), 22. Amin Abedzade (q), 2. Mehdi Torabi, 5. Milad Mohammedi, 13. Muhammed Rza Xanzade, 14. Saman Qoddos, 15. Peyman Muntaziri, 16. Reza Qoçannejad, 17. Mehdi Taremi, 19. Majid Hosseini, 21. Aşkan Dejagah

Baş məşqçi: Karluş Keyruş

 

Turnir cədvəli

1.

İran

1

1

0

0

1:0

3

2.

Portuqaliya

1

0

1

0

3:3

1

3.

İspaniya

1

0

1

0

3:3

1

4.

Mərakeş

1

0

0

1

0:1

0

 

 

A qrupu

Misir – Uruqvay - 0:1

Qol: Ximenez, 90

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Yekaterinburq, Mərkəzi arena

 

Misir: 23. Məhəmməd Əlşənavi (q), 2. Əli Qabr, 6. Əhməd Heqazi, 7. Əhməd Fəthi (k), 8. Tarek Hamed (5. Morsi, 50), 9. Maruan Möhsen (11. Kahraba, 63), 13. Məhəmməd Əbdül-Şəfi, 17. Məhəmməd əl-Nenni, 19. Abdulla Səid, 21. Mahmud Hassan “Trezeqe”, 22. Amr Varda (14. Ramadan Subhi, 82)

Ehtiyat oyunçular: 1. Essam El-Hadari, 3. Əhməd əl-Məhəmmədi, 4. Ömər Qaber, 5. Sem Morsi, 10. Məhəmməd Salah, 11. Mahmud Kəhraba, 12. Ayman Əşrəf, 14. Ramadan Subhi, 15. Mahmud Həmdi, 16. Şərif Əkrəmi, 18. Mahmud Fadlalla “Şikabala”, 20. Saad Samir

Baş məşqçi: Hektor Kuper

 

Uruqvay: 1. Fernando Muslera, 2. Xose Himenes, 3. Dieqo Qodin (k), 4. Qilermo Varela, 6. Rodriqo Bentankur, 8. Naitan Nandes (5. Sançez, 58), 9. Luis Suares, 10. Corcian De Arraskaeta (7. Rodrigez, 59), 15. Matias Vesino, 21. Edinson Kavani, 22. Martin Kaseres

Ehtiyat oyunçular: 5. Karlos Sançes, 7. Kristian Rodriqes, 11. Kristian Stuani, 12. Martin Kampanya, 13. Qaston Silva, 14. Lukas Torreyra, 16. Maksi Pereyra, 17. Dieqo Laksalt, 18. Maksi Qomes, 19. Sebastyan Koates, 20. Xonatan Urretaviskayya, 23. Martin Silva

Baş məşqçi: Oskar Tabares

 

Turnir cədvəli

1.

Rusiya

1

1

0

0

5:0

3

2.

Uruqvay

1

1

0

0

1:0

3

3.

Misir

1

0

0

1

0:1

0

4.

Səudiyyə Ərəbistanı

1

0

0

1

0:5

0

0