21 May 15:33 DÇ-2018: İspaniya yığmasının “23-lüy”ü açıqlandı
DÇ-2018 xəbərləri 21 May 15:33
3215 baxış

DÇ-2018: İspaniya yığmasının “23-lüy”ü açıqlandı

Dünya çempionatının favoritlərindən sayılan İspaniya yığmasının heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Julyen Lopeteqi mundiala aparacağı “23-lüy”ü açıqlayıb.

 

Maraqlıdı ki, Markos Alonso, Ektor Bellerin, Serxi Roberto və Alvaro Morata kimi futbolçular baş məşqçiyə lazım olmayıb.

 

Qapıçılar: David De Gea (“Mançester Yunayted”, İngiltərə), Kepa Arrizabalaqa (“Atletik”), Pepe Reyna (“Napoli”, İtaliya);

 

Müdafiəçilər: Dani Karvahal, Serxio Ramos, Naço (hamısı “Real”), Xerar Pike, Xordi Alba (hər ikisi “Barselona”), Alvaro Odriozola (“Real Sosyedad”), Sezar Azpilikueta (“Çelsi”, İngiltərə), Naço Monreal (“Arsenal”, İngiltərə);

 

Yarımmüdafiəçilər: İsko, Marko Asensio, Lukas Vaskes (hamısı “Real”), Serxio Buskets, Andres İnyesta (“Barselona”), Koke, Saul Niges (hər ikisi “Atletiko”), Tiaqo Alkantara (“Bavariya”, Almaniya), David Silva (“Mançester Siti”, İngiltərə);

 

Hücumçular: Dieqo Kosta (“Atletiko”), Rodriqo (“Valensiya”), İaqo Aspas (“Selta”).

 

Qeyd edək ki, İspaniya millisi mundialda B qrupunda yer alacaq. Komanda İran, Mərakeş və Portuqaliya ilə mübarizə aparacaq.

Xəbər lenti