14 İyun 20:55 DÇ-2018: Mundial darmadağınla başladı - YENİLƏNİB
DÇ-2018 xəbərləri 14 İyun 20:55
6497 baxış

DÇ-2018: Mundial darmadağınla başladı - YENİLƏNİB

Bu gün dördilliyin ən böyük futbol yarışı start götürüb. Apasport.az saytının məlumatına görə, Rusiyada təşkil olunan DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayıb.

A qrupunda yarışan şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start veriblər. Stanislav Çerçesovun yetirmələri DÇ-yə uğurlu başlamağa müfəvvəq olublar. Görüşə sürətli başlayan ruslar ilk hissədəcə asiyalıları iki dəfə mərkəzə dəvət ediblər. Mundialın ilk qolunun müəllifi Yuri Qazinski olubsa, fasilə ərəfəsində Denis Çerışev fərqi 2 topa çatdırıb.

Lakin bu da son olmayıb. 70-ci dəqiqədə meydana daxil olan Artyom Dzyuba cəmi 1 dəqiqə sonra toru silkələyib. Əlavə edilmiş ilk dəqiqədə Çerışev fantastik qolla dublunu rəsmiləşdirib. Qarşılaşmada son nöqtəni isə cərimə zərbəsindən Aleksandr Qolovin qoyub. Beləliklə, Rusiya yığması açılış matçında doğma azarkeşləri önündə böyükhesablı qələbə qazanıb.

 

DÇ-2018

I tur

A qrupu

 

Rusiya – Səudiyyə Ərəbistanı - 5:0

Qollar: Yuri Qazinski, 12; Denis Çerışev, 43, 90+1, Artyom Dzyuba, 71; Aleksandr Qolovin, 90+4

Sarı vərəqələr: Aleksandr Qolovin, 88 - Taysir əl-Cassim, 90+3

Baş hakim: Nestor Pitana

Yan xətt hakimləri: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)

Dördüncü hakim: Sandru Riççi (Braziliya)

Rusiya, Moskva. “Lujniki” stadionu.

Rusiya: 1. İqor Akinfeyev (k), 2. Mario Fernandes, 8. Yuri Qazinski, 17. Aleksandr Qolovin, 4. Sergey İqnaşeviç, 3. İlya Kutepov, 19. Aleksandr Səmədov (7. Daler Kuzyayev, 64), 10. Fyodor Smolov (Artyom Dzyuba, 70), 18. Yuri Jirkov, 11. Roman Zobnin, 9. Alan Dzaqoev (6. Denis Çerışev, 24)

Ehtiyat oyunçular: 12. Andrey Lunyov, 20. Vladimir Qabulov, 22. 21. Aleksandr Yeroxin, 14. Vladimir Qranat, 13. Fyodor Kudryaşov, 15. Aleksey Mirançuk, 16. Anton Mirançuk, 5. Andrey Semyonov, 23. İqor Smolnikov

Baş məşqçi: Stanislav Çerçesov

Səudiyyə Ərəbistanı: 1. Abdullah əl-Mayuf, 3. Usama Havsavi (k), 5. Ömər Havsavi, 6. Məhəmməd əl-Breyk, 7. Salman əl-Fərəc, 8. Yəhya əl-Şehri (9. Hattan Bahebri, 72), 10. Məhəmməd əl-Səhləvi (20. Məhənnəd Assiri, 85), 13. Yasser əl-Şahrani, 14. Abdulla Otayf (19. Fəhəd əl-Muvallad, 69), 17. Taysir əl-Cassim, 18. Səlim əl-Davsari

Ehtiyat oyunçular: 21. Yasser əl-Mosaylem, 22. Məhəmməd əl-Ovays, 2. Mansur əl-Hərbi, 4. Əli əl-Bulayxi, 11. Abdulmalek əl-Xaybri, 12. Məhəmməd Kanno, 15. Abdulla əl-Xaybari, 16. Hüseyn əl-Moqavi, 23. Mutaz Havsavi

Baş məşqçi: Xuan Antonio Pitsi

Xəbər lenti