[b]DÇ-2018: Ronaldoya şərik oldu[/b]
24.06.2018 - 00:15
[b]DÇ-2018: Ronaldoya şərik oldu[/b]

DÇ-2018-də ikinci turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün G və F qruplarında keçirilən 3 matçla ikinci tura start edilib.

 

Belçika – Tunis görüşündə komandasının 5:2 hesablı qələbəsinə 2 qolla töhvə verən Romelu Lukaku bombardirlər yarışında zirvəyə şərik olub.

 

Belə ki, İspaniya ilə matçda het-trik edib, Mərakeşi də bir dəfə məyus edən Ronaldo bu matça qədər zirvədə tək idisə, Lukaku Panama ilə matçda  və son qarşılaşmada iki dəfə fərqlənməklə qollarının sayını 4-ə çatdırıb.

 

Qolçuların yarışında sonrakı yerlərdə hərəyə 3 qol vuran Dieqo Kosta (İspaniya) və Denis Çerışev (Rusiya) gəlir.

 

Qeyd edək ki, bu gün DÇ-2018-də daha 3 qarşılaşma baş tutacaq.

0