26 Dekabr 15:29 “Favoritlər arasında deyilik” – Fransa millisinin sabiq çalışdırıcısı
DÇ-2018 xəbərləri 26 Dekabr 15:29
417 baxış

“Favoritlər arasında deyilik” – Fransa millisinin sabiq çalışdırıcısı

Fransa millisinin və PSJ-nin sabiq baş məşqçisi Loran Blan yayda Rusiyada keçiriləcək dünya çempionatı ilə bağlı proqnozlarını verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 52 yaşlı mütəxəssis öz millilərini favorit hesab etmir.

 

O bildirib ki, mundialın qalibi olmağa 3 real namizəd var: “Mən öz yığmamızın şanslarını yüksək qiymətləndirmirəm və Fransanı favoritlər sırasında görmürəm. Dünya çempionluğuna ən real namizədlər İspaniya, Almaniya və Braziliyadı. Onlardan sonra Fransa gəlir. Yalnız futbolçular maksimum güclərini ortaya qoyacaqları təqdirdə, müsbət nəticə göstərmək olar. Yenidən ciddi rəqib kimi qəbul edilməyə başlamışıq ki, bu, müsbət haldı”.

 

Qeyd edək ki, Loran Blan 2010-2012-ci illərdə Fransa yığmasını çalışdırıb.

Xəbər lenti