[b]Mundialın simvolik komandası açıqlandı [/b]
18.07.2018 - 14:39
[b]Mundialın simvolik komandası açıqlandı 

[/b]

FİFA Rusiyada keçirilən dünya çempionatının simvolik heyətini açıqlayıb. Apasport.az saytı xəbər verir ki, ali futbol qurumu rəmzi “11-liy”i azarkeşlər arasında aparılan sorğu ilə müəyyənləşdirib.

 

Maraqlıdı ki, Fransa dünya çempionu olmasına baxmayaraq, cəmi 2, finalçı Xorvatiyanın isə 1 oyunçusu azarkeşlərin rəğbətini qazana bilib. Əksinə, 1/4 final mərhələsində mübarizəni dayandıran Braziliyanın 3 üzvü simvolik komandaya düşüb.

 

Mundialın rəmzi “11-liy”i: Tibo Kurtua (Belçika) – Rafael Varan (Fransa), Tiaqo Silva, Marselo (Braziliya), Dieqo Qodin (Uruqvay) – Luka Modriç (Xorvatiya), Filipp Koutinyo (Braziliya), Kevin De Bruyne (Belçika) – Kilian Mbappe (Fransa), Harri Keyn (İngiltərə), Kriştianu Ronaldo (Portuqaliya).

 

Qeyd edək ki, dünya çempionatının finalında Xorvatiya üzərində 4:2 hesabı ilə qələbə qazanan Fransa yığması kuboku  qazanıb.

0