[b]“Formula-1”: Bottas Bakıda sürət həddini aşdı və cərimələndi[/b]
24.06.2017 - 12:27
[b]“Formula-1”: Bottas Bakıda sürət həddini aşdı və cərimələndi[/b]

“Mercedes” komandasının pilotu Valtteri Bottas Azərbaycan Qran-prisində cərimələnib. Apasport.az saytının məlumatına görə, o, sərbəst yürüşdə sürət həddini pozduğu üçün cəzalanıb.

 

Belə ki, Bottas pit yoluna saatda 90,4 km sürətlə daxil olub. Lakin pilot burda bolidini maksimum 80 km sürətlə idarə etməli idi.

 

Bu səbəbdən də Azərbaycan Qran-prisinin stüardları “Mercedes” komandasını cərimələyiblər. Onlar 27 yaşlı finlandiyalıya görə 1000 avro ödəyəcəklər.

 

Qeyd edək ki, Bottas sonuncu sərbəst yürüşü ikinci pillədə bitirib. O, Maks Ferstappendən (“Red Bull”) geri qalıb. 

0