[b]“Formula-1”: İlk sərbəst yürüş keçirildi[/b]
23.06.2017 - 12:44
[b]“Formula-1”: İlk sərbəst yürüş keçirildi[/b]

Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start verilib. Apasport.az saytının məlumatına görə, öncə start xəttinə “Formula-2” pilotları çıxıblar.


Bu yarışın VII və VIII mərhələlərinə ev sahibliyi edən paytaxtımızda 10 komandanın 20 pilotu mübarizə aparıb. Onlar 45 dəqiqəlik sərbəst yürüşdən sonra çıxışlarını yekunlaşdırıblar.

 

Bu pilotlar saat 15:00-da sabah keçiriləcək yarış üçün sıralama turuna da çıxacaqlar. Yekunda onların yarışa hansı yerdə başlayacağı müəyyənləşəcək.

 

Qeyd edək ki, “Formula-2” üzrə əvvəlki 6 yarışın qalibləri Şarl Lekler, Oliver Roland, Artem Markelov, Nobuharu Matsuşita və Nik Vries olub. Roland 6 yarış ərzində 4 dəfə podyuma çıxıb. Çempionatın lideri Lekler və Roland arasında 3 xal fərq var. Komandalararası çempionatda “Russian Time” və “DAMS” komandaları arasında 14 xal fərq mövcuddu.

0