23 May 16:38 Gimnastımız Macarıstanda 3-cü oldu
DİGƏR NÖVLƏR xəbərləri 23 May 16:38
179 baxış

Gimnastımız Macarıstanda 3-cü oldu

Macarıstanda qadın idman gimnastikası üzrə beynəlxalq turnir başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yeniyetmələr arasında ölkəmizi təmsil edən Samirə Qəhrəmanova öz həmyaşıdları arasında uğurlu çıxışı ilə fərqlənib.

 

Belə ki, gimnastımız dayaqlı tullanma proqramında 12.450 xal toplayaraq, turnirin bürünc mükafatına layiq görülüb. Çoxnövçülükdə isə təmsilçimiz 21 iştirakçı arasında 6-cı yerdə qərarlaşıb.

 

Xəbər lenti