24 May 15:03 NHL: “Vaşinqton” finalda
DİGƏR NÖVLƏR xəbərləri 24 May 15:03
263 baxış

NHL: “Vaşinqton” finalda

Milli Xokkey Liqasında (NHL) konfrans finallarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Şərq konfransının qalibi müəyyənləşib.

 

Final seriyasının 7-ci oyununda “Tampa-Bey Laytninq” “Vaşinqton Kapitals”ı qəbul edib. Qonaqlar 4 cavabsız qolla qalib gələrək, Şərq konfransının çempionu olublar.

 

NHL

Pley-off

Şərq konfransı, final seriyası (7-ci oyun)

“Tampa-Bey Laytninq” – “Vaşinqton Kapitals” – 0:4

Qollar: Oveçkin, 01:02, Burakovski, 28:59; 36:31, Bekström, 56:17

Seriyada hesab – 4:3 (“Vaşinqton” NHL finalında)

 

Qeyd edək ki, “Vaşinqton Kapitals” Stenli kubokunun finalında “Veqas Qolden Nayts”la qarşılaşacaq. Final seriyası mayın 29-u start götürəcək. Seriyanın gedişində ən tez 4 qələbə qazanan komanda çempion adını qazanacaq.

Xəbər lenti