[b]"Rolan Qarros": Şarapova 1/8 finalda[/b]
02.06.2018 - 16:49
[b]"Rolan Qarros": Şarapova 1/8 finalda[/b]

Mövsümün ikinci “Böyük dəbilqə” turniri “Rolan Qarros”da mübarizə davam edir. Apasport.az saytının məlumatına görə, hazırda qadın və kişi tennisçilərin mübarizəsində 1/16 final mərhələsinin görüşləri keçirilir.

 

Turnirin iki qat qalibi Mariya Şarapova dünya 6 nömrəsi Karolina Plişkova ilə qarşılaşıb. Oyun başdan-sona rusiyalı raketka ustasının üstünlüyü şəraitində keçib. Nəticədə ümumilikdə rəqibinin 5 servis oyunundan xal çıxaran Şarapovaya 1/8 finala çıxmaq üçün 59 dəqiqə kifayət edib.

 

Rolan Qarros

 

Qadınlar

 

1/16 final

 

Mariya Şarapova (Rusiya) – Karolina Plişkova (Çexiya) – 2:0 (6:2, 6:1)

 

Mariya Şarapova növbəti mərhələdə Serena Uilyams – Yuliya Qörqes cütünün qalibi ilə qarşılaşacaq.

0