14 Aprel 16:39 Ruslan Lunyovdan geriyə 13 addım
DİGƏR NÖVLƏR xəbərləri 14 Aprel 16:39
398 baxış

Ruslan Lunyovdan geriyə 13 addım

Beynəlxalq İdman Atıcılıq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, aprel üçün müəyyənləşən siyahıda Azərbaycan snayperləri də yer alıblar.

 

Güllə atıcılığı üzrə millimizin lideri Ruslan Lunyov martla müqayisədə geriləyib. O, 10 m məsafəyə atəşaçmada 13 rəqibini özündən irəli buraxaraq, 40-cı pilləyə enib. Lunyovun aktivində 41 xalı var. Həmyerlimiz 25 m məsafəyə atəşaçmada isə yenə də 8-cidi (342 xal).

 

10 m məsafəyə atəş açmada qadınların siyahısında yer alan Nigar Nəsirova da geriləyib. 7 xala malik təmsilçimiz 17 pillə aşağı düşüb. O, hazırda 65-cidi.

 

Stend atıcılarının cədvəlinin ön sıralarında isə Azərbaycan idmançısı yer almayıb. 

 

Xəbər lenti