Yeni mövsüm başlayır
26.06.2018 - 12:46
Yeni mövsüm başlayır

Azərbaycan Gimnastika Federasiyası yeni mövsümə start verəcəyi tarixi açıqlayıb. Qurumdan apasport.az saytına verilən məlumata görə, iyunun 29-dan Milli Gimnastika Arenasında yerli yarışlar başlayacaq.

 

Belə ki, ayın 29-30-da kişi və qadın idman gimnastikası üzrə  Azərbaycan birinciliyi və Bakı çempionatı baş tutacaq. Turnirdə ümumilikdə 100-dən çox idmançının iştirakı gözlənilir.

 

Bu yarışın ardınca isə növbəti ölkə birinciliklərinin keçirilməsi planlaşdırılır.

0