27 Aprel 09:08 İtaliyada uğur qazanan boksçularımız Vətənə döndü - FOTOSESSİYA
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 27 Aprel 09:08
421 baxış

İtaliyada uğur qazanan boksçularımız Vətənə döndü - FOTOSESSİYA

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyində çıxış edən Azərbaycan milli komandası Vətənə dönüb. Apasport.az saytının məlumatına görə, 1 qızıl, 1 gümüş medal və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına 1 lisenziya qazanan yığmamızın qarşılanma mərasimi keçirilib.

 

Komandamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri və bokssevərlər alqışlarla qarşılayıblar. Onlar mükafatçılarımız üçün müxtəlif xoş şüarlar səsləndiriblər.

 

Qeyd edək ki, İtaliyada Nurlan Səfərov (60 kq) Avropa çempionu olmaqla yanaşı, Olimpiadaya vəsiqə də qazanıb. Nicat Həsənov (69 kq) isə çıxışını gümüş medalla başa vurub.

 

Mənbə: abf.az

Xəbər lenti