[b]Autsayder ilk qələbəsini son çempion üzərində qazandı[/b]
17.11.2017 - 16:38
[b]Autsayder ilk qələbəsini son çempion üzərində qazandı[/b]

I divizionda IX tura yekun vurulub. Apasport.az saytı xəbər verir ki, sonuncu oyun günündə 3 görüş baş tutub.

 

“Sabah” öz meydanında “Mil-Muğan”a 4 cavabsız qolla uduzub. “Qaradağ Lökbatan”  “Ağsu” üzərində asan qələbə qazanıb.

 

Turun sensasiyası isə autsayder “Zaqatala” ilə son çempion “Turan Tovuz”un matçında qeydə alınıb. Belə ki, ardıcıl 8 məğlubiyyətə məruz qalan ev sahibləri cari mövsümdə ilk qələbələrini Tovuz təmsilçisi üzərində qazanıblar.

 

 

I divizion, IX tur

17 noyabr

 

“Sabah” – “Mil-Muğan” – 0:4

(Bayram Əliyev, 18; Samir Babayev, 34; Anar Babazadə, 37; Comərd Baxşəliyev, 88)

 

“Qaradağ Lökbatan” – “Ağsu” – 4:1

(Məhəmməd Xəlilov, 19; Coşqun Süleymanov, 41; Sabir Allahquliyev, 67; Samir Musayev, 90+1 – Rəvan Kərimov, 87)

 

“Zaqatala” – “Turan Tovuz” – 3:1

(Kamran Həsənzadə, 5; Hacı Əhmədov, 15 (pen.); Rəhman Şabanov, 78 – Ziyabil Məmmədov, 22)

 

 

1

Qaradağ Lökbatan

9

7

2

0

17-6

23

2

MOİK

9

5

2

2

15-7

17

3

Turan Tovuz

9

4

2

3

13-13

14

4

Binə

9

4

2

3

10-5

14

5

Mil-Muğan

9

4

1

4

15-15

13

6

Şüvəlan

9

4

1

4

9-9

13

7

Xəzər

9

3

3

3

9-6

12

8

Sabah

9

3

1

5

11-16

10

9

Ağsu

9

2

2

5

11-19

8

10

Zaqatala

9

1

0

8

5-19

3

 

 

0