Bu gün Ukraynanın Kiyev şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda Avro-2020 ilə bağlı bir sıra qərarlar verilib.
Qurum qitənin ən nüfuzlu turnirinin final mərhələsinin oyunlarının keçiriləcəyi günləri açıqlayıb. Bununla yanaşı, açılış, 1/4 final, yarımfinal və final matçlarının hansı saatda başlayacağı da məlum olub. Beləliklə, Bakıda keçiriləcək 1/4 final oyunu iyulun 4-də baş tutacaq və yerli vaxtla 20:00-da start götürəcək.
Ölkəmizdə baş tutacaq A qrupunun 3 oyunu, müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də olacaq.
Həmçinin, 1/8 final və 1/4 finalda hansı qrup təmsilçilərinin harada qarşılaşacaqlarına aydınlıq gəlib.
Turnirin açılış matçı iyunun 12-də Romanın “Olimpiko” stadionunda oynanılacaq. 12-24 iyun tarixləri aralığında hər gün üçün minimum 2, maksimum 4 görüşün keçirilməsi planlaşdırılıb.
Digər oyunların başlama saatları Avro-2020-nin final mərhələsinin 2019-cu ilin dekabrında keçiriləcək püşkatmasından sonra açıqlanacaq.
1/8 final
27 iyun
London. A1 – C2
Amsterdam. A2- B2
28 iyun
Bilbao. B1 – A3/D3/E3/F3
Budapeşt. C1 - D3/E3/F3
29 iyun
Kopenhagen. D2 – E2
Buxarest. F1 – A3/B3/C3
30 iyun
Qlazqo. E1 - A3/B3/C3/D3
Dublin. D1 – F2
1/4 final
3 iyul
20:00. Sankt-Peterbuq
23:00. Münhen
4 iyul
20:00. Bakı
23:00. Roma
1/2 final
7 iyul
23:00. London
8 iyul
23:00. London
Final
12 iyul
23:00. London