21 May 11:40 Avropa Liqası: “Qəbələ” və “Neftçi”yə 28 rəqib
FUTBOL xəbərləri 21 May 11:40
2734 baxış

Avropa Liqası: “Qəbələ” və “Neftçi”yə 28 rəqib

Avropa Liqasının I təsnifat mərhələsinin ilkin səbətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışa bu raunddan başlayacağı dəqiqləşən komandaların sayı 70-ə çatıb.

 

Bu komandalardan ikisi Azərbaycan təmsilçisidi. Topaz Premyer Liqasını ilk “üçlük”də başa vuran “Qəbələ” və “Neftçi” adını Avropa Liqasının iştirakçıları sırasına yazdırıb.

 

Bu 70 komandadan 67-nin səbəti də dəqiq bilinir. 37 komanda səpələnmiş, 30-u səpələnməmişdisə, 3 komandanın səbəti bəlli deyil.

 

“Qəbələ” və “Neftçi” artıq səpələnib. Onların mümkün rəqiblərindən 28-i bilinir. Düzdü, səpələnməmiş 30 komanda var. Lakin Azərbaycan klubları Ermənistan təmsilçiləri ilə görüşə bilməz. Bu üzdən 30 klubdan yalnız 28-i potensial rəqibimizdi.

 

Onlar arasında tanış rəqiblər də var. “Çixura”, “Şiroki Briyeq”, “Buduçnost”, “Laçi”, “Samtredia”, “Trans”, “Baltsan” kimi komandalar əvvəlki illərdə də təmsilçilərimizlə üz-üzə gəlib.

 

Yarışa bu raunddan başlayacaq digər 17 komandadan 5-nin səpələnib, 6-nin səpələnməyəcəyi məlumdu. Azərbaycanın son klubu “Zirə” və ya “Keşlə” də birinci “beşlik”dədi. Digər 6 komanda özü bilinmədiyindən səbəti də dəqiq deyil.

 

7 komanda isə bu raunda ilkin mərhələdən gələcək. Onlardan 6-nın səpələnməmişlərdən, yəni mümkün rəqiblərimizdən olacağını söyləmək olar.  

 

Qeyd edək ki, ilkin mərhələdə “Birkirkara”, “Qzira Yunayted” (hər ikisi Malta), “Trakai” (Litva), B-36, “Klaksvik” (hər ikisi Farer adaları), “Bala Taun”, “Cefn Drids” (hər ikisi Uels), “Sent Culiya”, “Enqordani” (hər ikisi Andorra), “Tre Fiori” (San-Marino) mübarizə aparacaq. Cəbəllütariqin 2, Kosovo və San-Marinonun 1 komandası da bu raundda qüvvəsini sınayacaq.

 

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Makkabi” (Təl-Əviv, İsrail)

“Partizan” (Serbiya)

“Molde” (Norveç)

“Apollon” (Kipr)

“Dinamo” (Minsk, Belarus)

“Lex” (Polşa)

“Hafnarfyordur” (İslandiya)

“Dandalk” (İrlandiya)

“Jalgiris” (Litva)

“Qəbələ” (Azərbaycan)

“Osiyek” (Xorvatiya)

“Slovan” (Slovakiya)

“Vardar” (Makedoniya)

“Baytar” (İsrail)

“Anartosis” (Kipr)

“Dinamo” (Tiflis, Gürcüstan)

“Vitorul” (Rumıniya)

“Qurnik” (Polşa)

“Nomme Kalyu” (Estoniya)

AİK (İsveç)

“Haken” (İsveç)

MOİK (Bolqarıstan)

“Slaviya” (Bolqarıstan)

“Neftçi” (Azərbaycan)

“Radniçki” (Serbiya)

“Ventspils” (Latviya)

“Şaxtyor” (Belarus)

“Reyncers” (Şotlandiya)

“Hibernian” (Şotlandiya)

“Tobol” (Qazaxıstan)

“İrtış” (Qazaxıstan)

“Kayrat” (Qazaxıstan)

“Fola” (Lüksemburq)

“Sarpsborq” (İsveç)

“Rabotniçki” (Makedoniya)

“Sarayevo” (Bosniya və Herseqovina)

“Domjale” (Sloveniya)

Danimarka - 2 komanda

Azərbaycan – 1 komanda

Serbiya – 1 komanda

Bolqarıstan – 1 komanda

 

Səpələnməmişlər

“Milsami” (Moldova)

“Styarnan” (İslandiya)

“Kliftonvill” (Şimali İrlandiya)

“Dunayska Ştreda” (Slovakiya)

“Şiroki Briyeq” (Bosniya və Herseqovina)

“Buduçnost” (Monteneqro)

“Partizani” (Albaniya)

“Çixura” (Gürcüstan)

“Petrokub” (Moldova)

“Luftetari” (Albaniya)

“Laçi” (Albaniya)

“Vestmannaeyar” (İslandiya)

“Liepaya” (Latviya)

“İlves” (Finlandiya)

“KuPS” (Finlandiya)

“Lahti” (Finlandiya)

“Derri” (İrlandiya)

“Şemrok Rovers” (İrlandiya)

“Samtredia” (Gürcüstan)

“Riqa” (Latviya)

“Trans” (Estoniya)

“Stumbras” (Litva)

“Qandzasar” (Ermənistan)

“Banants” (Ermənistan)

“Baltsan” (Malta)

“Proqres” (Lüksemburq)

“Qlenavon” (Şimali İrlandiya)

“Kolreyn” (Şimali İrlandiya)

“Runavik” (Farer adaları)

“Konnak” (Uels)

Moldova – 1 komanda

Makedoniya – 1 komanda

Macarıstan – 1 komanda

Ermənistan – 1 komanda

Monteneqro – 1 komanda

Lüksemburq – 1 komanda

İlkin mərhələnin 6 qalibi

 

Qeyri-müəyyənlər

“Jelezniçar” (Bosniya və Herseqovina)

“Levadiya” (Estoniya)

“Vaduts” (Lixtenşteyn)

Sloveniya – 2 komanda

Macarıstan - 2 komanda

Slovakiya – 1 komanda

Monteneqro - 1 komanda

İlkin mərhələnin 1 qalibi

 

Xəbər lenti