16 Mart 16:10 Avropa Liqasında 1/4 final cütləri müəyyənləşdi - YENİLƏNİB
FUTBOL xəbərləri 16 Mart 16:10
7582 baxış

Avropa Liqasında 1/4 final cütləri müəyyənləşdi - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Avropanın ikinci dərəcəli klub turnirində mübarizə aparan 8 komanda 4 cütlük təşkil edib.

 

Fərqli ölkələri təmsil edən klublar rəqiblərini “kor püşk”lə tanıyıb. İngiltərə “Arsenal”ı MOİK-lə, Almaniya “Laypsiq”i Fransa “Marsel”i ilə düşüb.

 

İspaniya “Atletiko”su Pireney duelində Portuqaliya “Sportinq”i ilə görüşəcək. İtaliya “Latsio”su isə yarışın sürpriz komandası “Zalsburq”la üz-üzə gələcək.

 

Avropa Liqası

1/4 final

“Leypsiq” (Almaniya) - “Marsel” (Fransa)

“Arsenal” (İngiltərə) – MOİK (Rusiya)

“Atletiko” (İspaniya) - “Sportinq” (Portuqaliya)

“Latsio” (İtaliya) - “Zalsburq” (Avstriya)

 

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5, cavab matçları ilə 12 aprel tarixlərində keçiriləcək.

 

Xəbər lenti