[b]Azərbaycan millisi 10-cu pillədə [/b]
21.07.2018 - 10:31
[b]Azərbaycan millisi 10-cu pillədə
[/b]

Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə planetin 165 yığması yer alıb.

 

Hesabat dövründə oyunların az keçirilməsi üzündən siyahıda yalnız cüzi dəyişikliklər olub. Dünyanın ən yaxşıları arasında yer alan Azərbaycan yığmasının da mövqeyi və xalı dəyişməz qalıb.

 

Braziliyalı baş məşqçi Joze Alesionun yetirmələri 1440 xalla 10-cu sırada qərarlaşıb. Millimiz 9-cu olan Ukraynadan 42 xal geri qalır.

 

İlk “10-luğ”

1. Braziliya - 1935

2. İspaniya – 1807

3. Portuqaliya - 1696

4. Rusiya - 1686

5. Argentina - 1667

6. İran - 1654

7. İtaliya - 1552

8. Qazaxıstan - 1532

9. Ukrayna - 1482

10. Azərbaycan – 1440

 

0