[b]"Barselona" serb futbolçuya elçi düşüb[/b]
18.06.2018 - 16:17
[b]"Barselona" serb futbolçuya elçi düşüb[/b]

“Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Apasport.az saytının “Mediaset Premium”a istinadən məlumatına görə, “Barselona” serbiyalı futbolçunun xidmətində maraqlıdı.

Hazırda “Barselona” skautlarının Rusiyada keçirilən dünya çempionatında Serbiya millisinin üzvünün çıxışını izlədikləri bildirilir.

“Latsio” Milinkoviç-Saviçin qarşılığında 110 milyon avro tələb edir. “Barselona” Antuan Qrizmannın baş tutmayan transferi üçün planlaşdırdığı büdcəni məhz 23 yaşlı xavbekin keçidinə ayıra bilər.

Qeyd edək ki, “Yuventus”, “Real”, “Mançester Siti” və PSJ Sergey Milinkoviç-Saviçlə yaxından maraqlanır.

0