[b]"Barselona"lı Qudyonsenlər "Real"da forma geyəcəklər[/b]
22.06.2018 - 16:36
[b]"Barselona"lı Qudyonsenlər "Real"da forma geyəcəklər[/b]

Sabiq futbolçu Eydur Qudyonsenin oğlu - "Espanyol"un futbolçusu Andri karyerasını “Real”da davam etdirəcək. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, o, Madrid klubunun aşağı yaş qrupunda – “juvenil”də çıxış edəcək.

 

Qudyonsenin digər oğlu – 12 yaşlı Daniel isə “Real” nəzdində “infantil B”də forma geyəcək.

 

Andri və Daniel daha öncə “Barselona”nın akademiyasında futbol oynayıblar.

 

Qeyd edək ki, Eydur Qudyonsen 2006-2009-cu illər aralığında “Barselona”da çıxış edib.

0