14 Fevral 16:10 Belqradda güllə yarası alan azərbaycanlı klub prezidenti imiş - VİDEO
FUTBOL xəbərləri 14 Fevral 16:10
2894 baxış

Belqradda güllə yarası alan azərbaycanlı klub prezidenti imiş - VİDEO

Serbiyanın paytaxtı Belqradda baş verən silahlı atışma nəticəsində yaralanan azərbaycanlının kimliyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin sabiq qapıçısı və Azərbaycan U-17 yığmasının keçmiş məşqçisi Vladimir Miçoviçin iştirakçısı olduğu qalmaqalda güllə yarası alan Yaşar Rüstəmov olub.

 

I divizionun qalibi olan, amma Premyer Liqada çıxış etməyə gücü çatmayan və dağılan “Abşeron” klubunun prezidenti sabiq əməkdaşı ilə birlikdə olub. Belə ki, Miçoviç bu komandada oynayan məşqçi kimi də fəaliyyət göstərib.

 

Düzdü, Serbiya mətbuatı Belqraddakı kafedə baş verən atışmada Yaşar Ustanovun xəsarət aldığı barədə məlumat yayıb. Yaralananın şəkli və Miçoviçin “Abşeron” karyerası belə deməyə əsas verir ki, bu Ustanov deyil, Rüstəmovdu.

 

Qeyd edək ki, dünən səhər radələrində kafelərin birində əyləşən Miçoviç, Rüstəmov və Vladimir Miloyeviçdən ibarət “üçlük” qonşuluqdakı kafedə olanlarla mübahisəyə girişib. Mübahisə zəminində başlayan dava-dalaş Miçoviçin bir neçə nəfəri döyməsinə qədər davam edib. Lakin əks tərəf silah tətbiq edib və atışma Miçoviç və dostlarının yaralanması ilə nəticələnib.

 

Xəbər lenti