[b]“Çətin sınaq olacaq” – “Kukesi”nin müdafiəçisi[/b]
22.07.2018 - 23:03
[b]“Çətin sınaq olacaq” – “Kukesi”nin müdafiəçisi[/b]

“Bu turnirdəki davamlılığa ümid edirik. Məqsədimiz Avropada mümkün qədər irəliləməkdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kukesi”nin müdafiəçisi Albi Alla deyib.

 

Albaniya çempionu Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq. Yerli mətbuata açıqlama verən 25 yaşlı futbolçu məqsədlərinin qalibiyyət olduğunu söyləyib: “Çempionlar Liqasında mərhələ adlamağımız müsbət amildi. Yeni komandamız var və gündən-günə bir-birimizi daha yaxşı başa düşürük. Baş məşqçi Armando Kunqunun gəlişindən sonra komandada stabillik yaranıb. Getdikcə daha yaxşı durumda olacağıq. “Qarabağ” nə qədər güclü komanda olsa da, qalibiyyət hər zaman vacibdi. Çətin sınaq olacaq. Təbii ki, meydana qələbə üçün çıxacağıq”.

 

Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 25-də Albaniyada keçiriləcək.

0