[b]ÇL-də III turun ən yaxşı qolu müəyyənləşdi - VİDEO[/b]
23.10.2017 - 18:17
[b]ÇL-də III turun ən yaxşı qolu müəyyənləşdi - VİDEO[/b]

Çempionlar Liqasının qrup mərhələsinin III turunun ən gözəl qolu açıqlanıb. Apasport.az saytı xəbər verir ki, C qrupunda baş tutmuş “Çelsi” - “Roma” matçında (3:3) qonaqların hücumçusu Edin Dzekonun vurduğu qol digərlərini qabaqlayıb.

 

UEFA-nın rəsmi saytında keçirilmiş səsvermədə bosniyalı forvardın qolu 25 faiz səs toplayaraq, birinci olub.

 

Qeyd edək ki, “Çelsi”, “Roma” ilə birlikdə “Qarabağ” və “Atletiko” komandaları da C qrupunda mübarizə aparır. 

0