[b]Dmitri Nazarov oynadı, komandası qalib gəldi[/b]
24.02.2018 - 17:56
[b]Dmitri Nazarov oynadı, komandası qalib gəldi[/b]

Almaniyanın II Bundesliqasında XXIV turun oyunları keçirilir. Apasport.az saytı xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Aue” klubu da meydana çıxıb.

 

Kollektiv öz meydanında “Kayzerslautern”lə üz-üzə gəlib. Matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Start heyətində yer alan Nazarov 79-cu dəqiqədə əvəzlənib.


Qeyd edək ki, aktivində 28 xal olan “Aue” hazırda turnir cədvəlində 14-cüdü.

0