[b]Gürcü futbolçunun evindən dostunun meyiti tapıldı[/b]
19.06.2018 - 22:47
[b]Gürcü futbolçunun evindən dostunun meyiti tapıldı[/b]

“Lokomotiv”in gürcü futbolçusu Solomon Kverkveliya bədbəxt hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, oyunçunun evindən dostunun meyiti tapılıb.

 

Belə ki, Kverkveliyanın iki dostu DÇ-2018-in oyunlarına baxmaq üçün Moskvaya gəliblər. Həmin vaxt komandası ilə birlikdə Kiprdə təlim-məşq toplanışında olan Solomon onlara Moskvadakı evində qalmağa icazə verib.

 

Bir müddət sonra isə dostlardan birinin – Kopalianinin meyiti mənzilin qarşısında, giriş pilləkənində tapılıb. Meyiti qonşular taparaq, polisə məlumat veriblər.

 

İlkin məlumata görə, futbolçunun dostu qəbul etdiyi narkotik maddənin təsirindən ölüb.

 

Kiprdə olan Gürcüstan millisinin üzvü hadisə ilə bağlı məlumatlandırılıb.

0