[b]İki klub İtaliya A Seriyasından uzaqlaşdırıla bilər[/b]
16.07.2018 - 15:38
[b]İki klub İtaliya A Seriyasından uzaqlaşdırıla bilər[/b]

Sabah İtaliyada növbəti mövsümdən etibarən A Seriyasında çıxış etməsi gözlənilən iki klubla bağlı məhkəmə prosesi keçiriləcək. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, “Kyevo” və “Parma”nın liqada iştirakdan məhrum edilməsi gündəmdədi.

 

“Kyevo” bank hesablarının saxtalaşdırılmasında, “Parma” isə danışılmış oyunlarda iştirakda günahlandırılır.

 

Prokuror hər iki komandanın ötən mövsüm topladığı xalların bir hissəsinin silinməsini təklif edir. Bu isə “Kyevo”nun liqada qalmaq uğrunda mübarizə aparan komandaların sırasına düşəcəyi, “Parma”nın isə İtaliya A Seriyasına birbaşa vəsiqə verən yerdən məhrum olacağı anlamına gəlir.

0