[b]“İllərdi ki, yığmada Məsut Özilə yer yox idi” [/b]
23.07.2018 - 13:58
[b]“İllərdi ki, yığmada Məsut Özilə yer yox idi”  [/b]

Məsut Özilin Almaniya millisindəki karyerasını yekunlaşdırması söz-söhbətlərə səbəb olub. Apasport.az saytının “Sport 1”ə istinadən məlumatına görə, son olaraq “Bavariya”nın prezidenti Uli Höness məsələyə münasibət bildirib.

 

Onun sözlərinə görə, Özil artıq uzun müddətdi ki, yığmada istəniləni verə bilmirmiş: “Müasir futbolda topu qazanmaq və rəqibi keçmək önəm kəsb edir. Məsut Özil sonuncu dəfə nə vaxt ikili mübarizədən qalib ayrılıb? DÇ-2014-də belə rəqiblərini izləməklə kifayətlənirdi, əvəzində komanda yoldaşları onu daşıyırdılar. Artıq illərdi ki, yığma komandada Məsuta yer yox idi”.

 

Höness Özilin bərbad oynamasına baxmayaraq, federasiya prezidenti Qrindel və menecer Birhoffun günahkar qismində göstərildiyini iddia edir: “Məsut Almaniya Futbol Federasiyasının ona qarşı pis münasibətini səbəb qismində göstərərək, milli karyerasını başa vurdu. Bundan sonra heç kim onun Almaniya forması ilə çıxdığı görüşlərdəki performansını dəyərləndirməyəcək. Halbuki son dönəmdə bərbad oynayırdı, ancaq indi bütün günah futbol federasiyasının prezidenti Raynhard Qrindel və yığmanın meneceri Oliver Birhoffun üzərinə atılıb”.

 

Qeyd edək ki, Məsut Özil ona qarşı irqçi münasibət bəslənildiyini iddia edərək, Almaniya yığmasındakı karyerasını bitirdiyini açıqlamışdı.

0