[b]"İnter" və "Milan"ın sabiq üzvü İspaniyada[/b]
22.02.2018 - 23:00
[b]"İnter" və "Milan"ın sabiq üzvü İspaniyada[/b]

"İnter" və "Milan"ın sabiq futbolçusu Salli Muntari özünə yeni komanda tapıb. Apasport.az saytı xəbər verir ki, qanalı yarımmüdafiəçi karyerasını İspaniyada davam etdirəcək.

 

34 yaşlı xavbek "Deportivo" ilə anlaşıb. O, yeni klubuna azad agent kimi keçib. Tərəflər arasında mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

 

Qeyd edək ki, əvvəllər "Udineze", "Portsmut" və "Sanderlend"in də formasını geyinmiş Salli Muntarinin son klubu isə "Peskara" olub.

0