[b]“Keşlə”də 5-ci müqavilə[/b]
12.01.2018 - 13:32
[b]“Keşlə”də 5-ci müqavilə[/b]

“Keşlə”də baxışda olan daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, baş məşqçi Yuri Maksimov kamerunlu cinah yarımmüdafiəçisi Herve Tçami haqda qərarını bildirib.

 

O, 30 yaşlı futbolçunun komandada qalmasını istəyib. “Keşlə” rəhbərliyi Tçami ilə münasibətləri bu günlərdə rəsmiləşdirəcək. Tərəflər arasında mövsümün sonuna qədər nəzərdə tutulan sözləşmə imzalanacaq. Bu, bakılıların qış fasiləsində 5-ci transferi olacaq.  

 

Maksimov Tçamidən fərqli, Məhəmməd Qurbanova ehtiyac duymayıb. Baxışda olan digər futbolçularla bağlı yekun qərar isə hələ verilməyib. 

 

Qeyd edək ki, "Keşlə" Tçamiyə qədər Kamran Ağayev, Vaqif Cavadov, Məqsəd İsayev və Pablo Podio ilə müqavilə bağlayıb. 

0