[b]Kontedən hücumçularına fərqli təlim[/b]
22.11.2017 - 12:44
[b]Kontedən hücumçularına fərqli təlim[/b]

Çempionlar Liqasının V turunda bu gün “Qarabağ”ın qonağı olacaq “Çelsi” qarşılaşmanın hazırlığını başa vurub. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, “zadəganlar” ilk dəfə Bakıda tam heyətlə məşq keçiblər.

 

Belə ki, Premyer Liqanın XII turu çərçivəsində noyabrın 18-də “Vest Bromviç”lə (4:0) keçirilən qarşılaşmadan sonra fərdi məşqlərlə kifayətlənən bir neçə oyunçu ilk dəfə 8-ci km qəsəbə stadionundakı son məşq zamanı kollektivə qoşulublar. Bunlar Villian, Pedro Rodriges, Eden Azar və Alvaro Moratadı. Adları sadalanan futbolçuların hamısının hücumameyilli olması diqqətçəkən məqamdı. Həmkarlarımız baş məşqçi Antonio Kontenin ulduz futbolçulara istirahət verərək, onların “Qarabağ”la görüşdə daha enerjili olmaları üçün şərait yaratdığını düşünürlər.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

0